Qırmızı.az
Həkimlərin şikəst etdiyi qıza 39,7 milyon dollar ödənəcək - FOTO
13 yaşlı Mayşa Nəcib 39,777 milyon dollar məbləğində təzminat alacaq. Onunla bağlı məhkəmə prosesi Mayşanın xeyrinə çıxarılmış hökmlə başa çatıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya vətəndaşı,13 yaşlı Mayşa Nəcib nadir xəstəliyə mübtəladır. Onun beynində vena və arteriyalar qarışdığından sürəkli qanaxmalar olur.
Great Ormond Street Hospital-da aparılan əməliyyatda Mayşanın beynindəki qanaxmaların qarşısının alınması üçün ona inyeksiya vurulub. Lakin həkimlər dərman əvəzinə qızın vücuduna yapışqan vurublar və nəticədə Mayşa komaya düşüb.
Onun beynində ağır fəsadlar yaranıb, beyin qılafı zədələnib. İngiltərənin Esseks qraflığındakı Aylford şəhərində yaşayan Mayşanın valideynləri də hospitalı məhkəməyə vermişdilər.
Məhkəmənin qərarına görə, Mayşa Nəcibin ailəsinə birdəfəlik olaraq
3,6 milyon dollar ödənəcək. 39,777 milyon dollarlıq təzminatın
yerdə qalan hissəsi isə qıza ömrünün sonunadək ödənəcək.
2010-cu ildə, 10 yaşı olanda xəstəxanaya aparılmış Mayşanın
beynindəki damarlarda qanaxma yerlərini müəyyənləşdirmək üçün
həkimlər ona tamamilə zərərsiz tibbi boya inyeksiyası vurmaq
qərarına gələrək embolizasiya əməliyyatı aparıblar. Lakin dərman
preparatı ilə yapışqan səhv salınıb və nəticədə Maya şikəst
qalıb.
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək