Qırmızı.az
TQDK qəbul imtahanı keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer
ixtisasına qəbul imtahanı keçirəcəkdir.
ANS PRESS-in komissiyadan aldığı məlumata görə, imtahan Bakı və
Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq.
İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204
nəzarətçi-müəllim cəlb edilib.
İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan
şəhərində 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri
Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə imtahan
verəcək.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 2
saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər TQDK-nın
internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap
edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş
kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə
imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli
olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi"ni.
Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında
uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və
digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt
tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO