Qırmızı.az
Jurnalistikaya qəbul üçün keçirilən qabliyyət imtahanlarının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə imtahanda iştirak etmiş abituriyentlər avqustun 1-i saat 18:00-dan etibarən öz elektron ərizələrinə daxil olaraq (www.e-gov.az/az/services/read/2641) imtahan nəticələri ilə tanış ola bilərlər.
İmtahanda iştirak etmək hüququ qazanmış 441 abituriyentdən 315 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 126 abituriyentdən 51 nəfəri məqbul qiymət alıb. Onlardan 45 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. Abituriyentlər imtahan nəticələri ilə bağlı avqustun 4-də saat 10:00-dan 17:00-dək TQDK-da yaradılmış apelyasiya komissiyasına müraciət edə bilərlər.
Qeyd edək ki, bu ilk dəfə bakalavr pilləsi üzrə jurnalistika fakültəsində təhsil almaq istəyənlər qabiliyyət imtahanı verib.
Gülxar
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?