Qırmızı.az
Azərbaycanda səsvermə keçirilir
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları bu gün öz
prezidentlərini seçmək üçün səs verməyə başlayıblar.
ANS PRESS-in məlumatına görə, bu gün Azərbaycanla yanaşı Bəhreyin,
Çexiya, Finlandiya, Şimali Afrika, Gürcüstan, İran, İrlanda,
İspanya, Kosova, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis,
Ukrayna və Yeni Zellandiyada da səvermə keçirilir
Səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa
çatacaq.
Qeyd edək ki, xarici ölkələrdə ümumilikdə 2 milyon 801 bin 666 türk
seçici yaşayır.
Türkiyə prezident seçkilərində yalnız iyulun 9-dək Mərkəzi Seçki
Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmiş Türkiyə
vətəndaşları səs verə biləcəklər.
Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i
iştirak edəcək.
Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda
səsvermə avqustun 17-də baş tutacaq
Qeyd edək ki, bir müddət öncə Türkiyə Mərkəzi Seçki Komissiyası
xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının öz prezidentlərini
seçmək üçün təyin olunan səsvermə vaxtları açıqlanıb.
Türkiyə Mərkəzi Seçki Komissiyasının qərarına görə, Almanya, ABŞ,
Belçika, Danimarka, Fransa, Hollandiya, İsrail, İsveçre, İtalya,
Şimali Kipir Türk Cümhuriyəti, Livan, Norveç, Rumınya, Səudiyyə
Ərəbistanı və Türkmənistanda yaşayan Türkiyə vətəndaşları iyulun
31-dən etibarən öz namizədlərinə səs verməyə başlayıblar.
Kanada, Avstraliya və Rusiyada səsvermə prossesi 31 iyul və 2
avqust tarixlərində baş tutub.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO