Qırmızı.az
Prezident cəbhədəki vəziyyətlə bağlı Ərdoğanla görüşəcək
"Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid
olması barədə xəbərlər gəlir. Bu isə Türkiyə Cümhuriyyəti olaraq
bizi ciddi olaraq narahat edir. Baş verənlər işğal olunmuş
Azərbaycan ərazilərinin qaytarılmasının vacibliyinin ən açıq
nümayişidir".
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə
açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, artıq məsələ ilə bağlı Türkiyənin xarici işlər
naziri Əhməd Davutoğlu Elmar Məmmədyarovla müzakirələr aparıb.
"Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın da Azərbaycan
Prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Hazırda hadisələrin
gedişini çox diqqətlə izləyirik. Daimi sülhün bərpası üçün ciddi
addımlar atılmasının vacibliyini düşünürük. Türkiyə olaraq bunu
yalnız sözdə deyil, aktiv şəkildə gerçəkləşdirmək üçün Azərbaycanla
həmrəy çalışmağa davam edəcəyik".
Diplomat Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin
vacibliyini qeyd edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR