Qırmızı.az
Bölgələrdə sosial sığınacaqlar tikiləcək
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sosial xidmətlər sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün sosial reabilitasiya əhəmiyyətli yeni obyektlərin yaradılması istiqamətində müvafiq işlər aparılır. Bu barədə Publika.az nazirliyin İctimaiyyətlə əlaqə sektoruna istinadən məlumat verib.
Hazırda nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Qobustan rayonunda isə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur. Həmin yeni sosial obyektlərin cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunan İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq
çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri,
sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin
edilməsi məqsədinə xidmət edir.
ƏƏSMN ölkənin ayrı-ayrı regionlarında da belə obyektlərin yaradılmasını nəzərdə tutur. Belə ki, nazirlik tərəfindən Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında da Yetkinlik yaşına çatmayanlar üçün hər biri 30 yerlik İxtisaslaşmış Reabilitasiya Mərkəzlərinin və 25 yerlik Sosial Sığınacaqların tikilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq müvafiq ekspertizadan keçib. Növbəti ilin dövlət investisiya proqramı layihəsi ilə bağlı hazırlanan təkliflər sırasında həmin obyektlərin inşası da yer alacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel
tarixli 108 nömrəli qərarı ilə təsdiqlənmiş "Çətin həyat şəraitində
olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına
göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi"nə əsasən,
müəyyən yaşayış yeri olmayan şəxslərə stasionar şəraitdə sosial
xidmətlər göstərilməsi nəzərdə tutulur. Buna, eləcə də cəmiyyətin
ehtiyaclarına uyğun olaraq, ƏƏSMN belə sosial sığınacaqların
xidmətlərinin daha yuxarı yaş qruplarında olan, müəyyən yaşayış
yeri olmayan və çətin həyat şəraitində yaşayan şəxsləri də əhatə
etməklə genişləndirilməsi niyyətindədir. Bununla əlaqədar nazirlik
müvafiq təkliflər hazırlayacaq.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?