Qırmızı.az
Kamal Abdullaya böyük səlahiyyət verildi - QƏRAR
Azərbaycan dövləti regionda və dünyanın bir sıra bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə konkret addımlar atılmasına qərar verib. Artıq ölkədəki dini və milli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün idarəçilik mexanizmi yenilənib.
AzNews.az-ın məlumatına görə, yeni qərara əsasən,
dövlətin bu sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən
deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə
məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində
Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik
isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib.
Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə
əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini
məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni
yaradılan komissiya sədrləri bir başa ona tabe olacaq. Komissiya
üzvləri kənd və qəsəbələrdə, ərazi üzrə dini və milli icmalarda
görüşlər, tədbirlər keçirəcək.
Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib.
Bu məlumat əlaqə saxladığımız rayon icra hakimiyyətlərinin birinci müavinləri tərəfindən də təsdiq edilib. Beyləqan rayon İcra hakimiyyətinin birinci müavini Telman Məstanov isə məlumatı təsdiqləməklə yanaşı, artıq işlərə start verildiyini bildirib.
Onun sözlərinə görə, yeni yaradılan komissiya üzvləri ilə birgə rayondakı məscid və ümumən ibadət ocaqlarında görüşlər keçirilir, dini icma üzvləri ilə əlaqələr genişləndirilir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq