Qırmızı.az
Əcnəbiləri qarət edən şəxslər tutuldu
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları əcnəbi vətəndaşlara
qarşı quldurluq edən şəxsləri saxlayıb.
ANS TV-nin məlumatına görə, Koreya vətəndaşlarının polisə etdiyi
şikayət əsasında əməliyyata başlayan idarə əməkdaşları tez bir
zamanda həmin şəxsləri ifşa edib. Məlum olub ki, əcnəbilərə qarşı
quldurluq edənlər Buzovna qəsəbəsi sakinləridir. Dəstə üzvləri olan
Təhməz Əliyev, onun yaxın qohumu Nihat Əliyev və ilqar Həsənov
hadisə günü həmin xarici qonaqları qəsəbə ərazisindən götürərək
şəhərə aparacaqlarını deyiblər.
Koreyalıları paytaxtın Nəsimi rayonuna gətirəcəklərinə vəd verən
tanışları sonda onları qarət etmək qərarına gəliblər.
Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi İsmayıl Babayevin
sözlərinə görə, Buzovnada onlar bıçaq çəkiblər, 4 ədəd telefon və
1500 dollar aparıblar.
Hazırda hər 3 şəxs barəsində cinayət işi başlanılıb. Məhkəmənin
qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR