Qazaxda narkotik tutuldu - FOTO
Bizi izləyin

Qırmızı.az

Qazaxda narkotik tutuldu - FOTO

Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirmişlər.

Dövlət Gömrük Komitəsinin Hədəflərin Müəyyənləşdirilməsi Şöbəsi tərəfindən aparılmış təhlillər nəticəsində müəyyən edilmiş risk göstəricilərinə əsasən Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi və Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına gedən, Türkiyə Respublikasının vətəndaşı Ateş Rifat Ahmed oğlunun idarə etdiyi, Gürcüstan Respublikasının “DAF FT XF 95 480” markalı, KIK153 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “SCHMİTZ” markalı, QQ126 dövlət qeydiyyat nişanlı qoşqusunun döşəməsinin altından 116 ədəd polietilen bükümə qablaşdırılmış açıq qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar edilərək protokol əsasında götürülmuşdür.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert arayışına əsasən aşkar edilən maddənin xalis çəkisi 69 kq 610,4 qram olan heroin olduğu müəyyənləşdirilmişdir.

Fakt üzrə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm