Ötən il 961 uşaq övladlığa verilib
Bizi izləyin

Qırmızı.az

Ötən il 961 uşaq övladlığa verilib

Əbəs yerə uşaq evin yaraşığıdır, deyilmir. Elə ona görə də hər bir ailə bu yaraşıqdan onun da payına düşməsini istəyir.

ANS TV-nin məlumatına görə, çox təəssüf ki, bəzən bu hər valideynə də bu qismət olmur. Kimisi bu səbəbdən, başqa birisi isə digər problem üzündən övladlığa uşaq götürməklə həm imtina olunmuş uşağı, həm də özünü sevindirmək istəyir. Elə bu gün dövlətin siyasəti də valideynləri tərəfindən atılmış uşaqların ailələrə verilməsini təmin etməkdir.

Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, ötən il ölkəmizdə 961 uşaq övladlığa verilib. Eyni zamanda 60 uşağın övladlığa götürülməsi barədə qərar isə müxtəlif səbəblərdən ləğv edilib. Ekspertlər isə il ərzində imtina olunmuş uşaqların yeni ailələrə verilməsinin sayının artmasının da öz əlimizdə olduğunu deyirlər. Onların fikrincə, bu sahədəki mürəkkəb prosedurlar, eyni zamanda süründürməçilik olmasa, uşaqların çoxunu sevindirmək olar.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində isə deyilənlərlə razı deyillər. Onların fikrincə, bu sahədə lazım olan sənədlər və keçilməli olan mərhələlər çox vacibdir. Çünki söhbət bir uşağın taleyindən gedir.

Komitə rəsmisi Vəsilə Möhsümova deyir ki, onlar rayon üzrə icra hakimiyyətlərinə müraciət edərək lazım olan sənədləri yığdıqdan sonra növbəyə dayanırlar: “Məhz bundan sonra onların sənədləri ilə tanış olunur. Əgər ailə bir uşağı saxlaya biləcək vəziyyətdədirsə, o zaman onlara uşaqlar təklif edilir. Elə bu vaxt bizim problemlərimiz başlayır. Çünki ailələr daha çox, yaşı az və sağlam olan uşaqlar istəyirlər. Bu vaxt qurum da uşaqların ailələrə verilməsi üçün əlindən gələni etməyə çalışır”.

Hər halda, burda məqsəd yalnız uşaqları ailə ilə təmin etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm