İnanılmaz tarixi qarət
Bizi izləyin

Qırmızı.az

İnanılmaz tarixi qarət

Çilin tarixində ən ağılasığmaz və böyük qarət hadisələrindən biri baş verib.

ANS PRESS-in məlumatına görə, silahlı dəstə Santiyaq beynəlxalq hava limanında inkassator maşınından 10 milyon dollar oğurlayıb.

8 qarətçinin silahlı hücumuna məruz qalmış maşında təyyarəyə yüklənəsi külli miqdarda pul daşınıb. Oğrular hava limanına səhər saatlarında yük terminalından xəlvətcə daxil olub. Külli miqdarda nağd pulu almaq üçün inkassasiya işçilərini silahla hədələyib.

Hər şeyi peşəkarcasına planlaşdırmış qarətçilər mikroavtobusla aradan çıxan anda, arxalarınca gələn maşınların təkərləri partlasın deyə, yolun ortasına dəmir biz buraxıb. Qarətçilər sonradan mikroavtobusu yaxınlıqdakı açıq sahədə buraxaraq, 10 milyon dollardan çox nağd pulla aradan çıxıb.

Çili polisi hadisə yerində araşdırmalar aparır, qarətçilərin kimliyi hələ müəyyənləşdirilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm