Qırmızı.az
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu
Avqustun 18-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qonağı Naxçıvan beynəlxalq hava limanında Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
Sonra İ.Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Türkiyə milli müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə
naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq,
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və
qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin
yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı
olduğunu qeyd edib.
Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin
möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən
danışıb.
Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər
məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO