Qırmızı.az
Bakıda dövlət qulluqçuları arasında kütləvi dava (TƏFƏRRÜAT)
Bakının Binəqədi rayonunda qonşular arasında mübahisə kütləvi davaya səbəb olub.
ANS PRESS-in məlumatına görə, hadisə Biləcəri qəsəbəsi, Asəf
Zeynallı küçəsi 31 ünvanında baş verib.
Belə ki, avqustun 17-də günorta saatlarında qeyd edilən ünvanda
5-ci mərtəbədən yaşayan Həmidovlar ailəsi ev təmiri edərkən, artıq
zibilləri balkondan aşağıda dayanan yük maşınının içinə atıblar. Bu
da qonşuların narazılığına səbəb olub.
Qonşulara etiraz edən ev sahibi Məhəmməd Həmidov təmir işlərini
davam etdirəcəyini və zibilləri istədiyi kimi atacağını bildirib.
Bu zaman həmin binanın 3-cü mərtəbəsində yaşayan İlham Yusif oğlu
Əliyev qonşu ilə mübahisə edib. Mübahisəyə Məhəmməd Həmidovun
qardaşı Tarıyev Həmidov da qatılıb. Daha sonra məsələyə evi təmir
edən digər usta, ev sahibinin yeznəsi də qatılıb. Mübahisə zamanı
Məhəmməd Həmidovla İlham Əliyev əlbəyaxa dava ediblər. Bu zaman
davaya Tarıyev Həmidov və yeznə də qarışıb.
Daha sonra davaya İlham Əliyevin qardaşı Namiq Əliyev də qarışıb.
Dava zamanı Məhəmməd Həmidov qışqıraraq bildirib ki, Müdafiə
Nazirliyinin zabitidir. Ona heç kim heç nə edə bilməz.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləyən Məhəmməd
Həmidov və qohumları birləşərək Namiq Əliyevi döyüblər. Dava zamanı
İ. Əliyev də müəyyən xəsarətlər alıb.
Hadisədən təxminən 5 dəqiqə sonra davaya daha bir neçə nəfər həyət
sakini də qoşulub. Dava zamanı Məhəmməd Həmidov da sol qaş
nahiyəsindən xəsrət alıb.
Davadan sonra Məhəmməd Həmidov Binəqədi rayon Polis İdarəsi 6-cı
polis bölməsinə şikayət ərazisilə müraciət edib. O, Namiq Əliyev və
qardaşı tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazıb. Bundan
sonra qarşı tərəf bölməyə çağırılaraq dindirilib.
Hadisəni araşdıran 6-cı bölmənin təhqiqat şöbəsinin təhqiqatçısı,
polis leytenantı Elvar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə,
hazırda hadisə ilə bağlı ilkin araşdırma aparılır. Onun sözlərinə
görə, dava salanlar dövlət qulluqçuları olduqları üçün iş
Prokurorluğa göndəriləcək.
“Dava iştirakçıları dövlət qulluqçularıdır. Bu səbəbdən də iş
Binəqədi rayon prokurorluğunda araşdırılacaq. Hazırda zərərçəkmiş
və cavabdeh tərəfdən izahatlar alınıb”, - deyə Elvar Quliyev
bildirib.
Qeyd edək ki, davanın digər iştirakçıları da dövlət
qulluqçularıdır.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri