Qırmızı.az
"Heydər Əliyev ondan güclü idi"
Heydər Əliyevə qarşı olan paxıllıq hissi Mixail Qorbaçovu dinc
qoymurdu”.
Publika.az-ın interfax.az-a istinadən məlumatına görə, bu sözləri
sovet və Rusiya televiziyasının əfsanəvi rejissoru, Əməkdar
incəsənət xadimi, SSRİ-nin Dövlət mükafatı laureatı Kaleriya
Kislova bildirib.
"Nə vaxt ki, hakimiyyətə Qorbaçov gəldi, görünürdü ki, bu, uzağı
görməyən siyasətçidir. Heydər Əliyevə qarşı olan paxıllıq hissi
Mixail Qorbaçovu dinc qoymurdu. Hətta, təəssürat belə idi ki, o,
H.Əliyevdən qorxur", - deyə Kaleriya əlavə edib.
Qorbaçov anlayırdı ki, Əliyev ondan daha güclüdür.
"Heydər Əliyevlə bizi təkcə işgüzar deyil, həmçinin insani
münasibətlər bağlayırdı. O, məni istirahətə Azərbaycana dəvət
edirdi", - deyə Kaleriya vurğulayıb.
O həmçinin qeyd edib ki, H.Əliyev jurnalistlərlə aktiv işi tətbiq
edən ilk dövlət xadimlərindən biri idi. Onun iştirakıyla keçirilən
bütün tədbirlərdə jurnalistlər ona birbaşa çıxışa malik idilər və
xalqla onun bütün planlaşdırılmamış çıxışlarını
işıqlandırırdılar.
"Yenidənqurma və demokratiyanın ilk dövründə bu təcrübənin
tətbiqində ilki Qorbaçov və Yeltsinin ayağına yazırdılar, guya
onlar poliklinikalara, mağazalara, ictimai nəqliyyatda gedişi
planlaşdırılmamış baş çəkmələrini təşkil edirdilər. Amma belə
"planlaşdırılmamış" hansısa bir baş çəkmələr zamanı möcüzə
nəticəsində hardansa televiziya işçiləri peyda olurdular", - deyə
Kislova fikrini bölüşüb.
Rejissor deyir ki, belə çıxırdı ki, hər poliklinikada və ya
mağazada qabaqcadan kamera dururdu.
"Peşəkar kimi, bildirə bilərəm ki, bu, mümkün deyil. Ona görə bütün
bunlar Qorbaçov və Yeltsin tərəfindən populizmə oxşayırdı. 70-ci
illərin sonlarında xalqa planlaşdırılmamış çıxış təcrübəsini
Azərbaycanda H.Əliyev həyata keçirirdi", - deyə o vurğulayıb.
Kislova qeyd edib ki, 1982-ci ildən sonra Heydər Əliyev SSRİ-nin
bütün tədbirlərində daim iştirak edirdi: "Məndə bu xronikaların
kadrları qalıb. Heydər Əliyev jurnalistlərə xüsusi qayğı və
diqqətlə yanaşırdı".
Kaleriya Kislova
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri