Qırmızı.az
Dövlət ehsan süfrələrinə nəzarət edəcək - QƏRAR
Azərbaycanda dövlət hüzür mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək.
AzNews.az-ın xəbərində bildirilir ki, bununla bağl qərar dövlətin
rəhbər strukturunda verilib.
Məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının
alınmasıdır.
Hökumət bununla bağlı konkret standartlar - menyu
müəyyənləşdirib.
Bundan sonra yas mərasimlərində israf qida məhsullarının
verilməsinə qadağa qoyulub. Hüzür məclislərində süfrədə yalnız çay
və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət
qoyulmayacaq.
Ötən bir neçə gün ərzində rayon icra hakimiyyətləri başçılarının
1-ci müavinlərinin sədrliyi ilə inzibati ərazilər üzrə toplantılar
keçirilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə
çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması
hallarının qarşısının alınması üçün üzərilərinə düşən tədbirləri
həyata keçirsinlər.
Dövlət qurumlarının yeni əmrə görə, dini sahəyə nəzarət edən bu
nümayəndələri yerli ruhaniləri bununla bağlı məlumatlandıraraq,
dövlətin əmrini yerlərə çatdırılmasını tələb ediblər.
Ehtimal olunur ki, yas məclislərində israfçılığın qarşısının
alınması üçün inzibati tədbirlərə də əl atılacaq.
Onu bildirək ki, bizə çatan bilgilərə görə, bu qadağa yalnız yas
mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Digər dini
əlamətdar günlər, o cümlədən Ramazan ayı, Məhərrəm ayı mərasimləri,
həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa
qoyulmayıb.
Xatırladaq ki, Azərbaycan dövləti regionda və dünyanın bir sıra
bölgələrində baş verən milli, dini və məzhəbi qarşıdurmaları
əvvəlcədən önləmək, profilaktik tədbirlər görmək, problemlərin
maarifləndirmə yolu ilə həllinə nail olmaq məqsədilə yerlərdə
konkret addımlar atılmasına qərar verib. Artıq ölkədəki dini və
milli məsələlərin, bu sahədə yarana biləcək problemlərin həlli üçün
idarəçilik mexanizmi yenilənib.
Yeni qərara əsasən, dövlətin bu sahəyə məsul olan qurumları
prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri
səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon
icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb.
Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci
müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət
üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata
keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət
müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya
sədrləri bir başa ona tabe olacaq.
Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri
aradan qaldırmaq səlahiyyətləri də verilib.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO