Qırmızı.az
Səyyar ASAN xidmət İsmayıllıda
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
"ASAN xidmət"dən Publika.az-a daxil olan məlumata görə, avqustun
21-31-də İsmayıllı, Şamaxı və Qəbələ rayonlarının 275.000 -dən
artıq sakini Səyyar ASAN xidmətdən İsmayıllı rayonunda yararlana
biləcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi.
Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət
vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq
xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas
məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və
innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın
təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər