Qırmızı.az
Kür çayı üzərindəki körpünün tikintisi başa çatıb
M-3 avtomagistralının Hacqabul-Bəhramtəpə hissəsində 9-cu km-də Kür çayı üzərindəki körpüdə, son illərdə ağıryüklü maşınların intensiv hərəkəti ilə əlaqədar olaraq tez-tez aşırım tavalarında çökmələr baş verdiyindən, nəqliyyatın hərəkəti dayandırılır, onlar məcbur olaraq alternativ-daha uzun yollaradan istifadə etməli olurdular ki, bu da sürücülərin və sərnişinlərin haqlı narazılığına səbəb olurdu.
"Azəryolservis" ASC-cən Publika.az-a verilən məlumata görə,
respublika rəhbərliyinin regionların inkişafına göstərdiyi qayğı və
hörmətin icrası olaraq, qəzalı körpünün yanında yeni, daha da böyük
yük götürmə qabiliyyətinə malik, çox uğurlu konstruksiyaya malik
körpünün tikilməsinə qərar verildi və bu gün həmin körpünün
tikintisi uğurla başa çatdırılmışdır.
Körpünün uzunluğu 317,7 m, qabariti Q-11,5, eni 14,85 m təşkil
edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmirbeton tir
olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin uzunluğu 140
m , kənar tirlərin uzunluğu isə, 82 m təşkil edir. Aşırım
tirlərinin en kəsiyi "korobka" şəkilli (içərisi boş) olmaqla, kənar
hissələrdə hündürlüyü -8,5 m, orta hissədə isə 3,5 m təşkil
edir.
Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC -nin sifarişi ilə tikilən
bu körpü, yerli mühəndislərimizin daha bir uğurlu yol
qurğusudur!
Körpünün istismara verilməsi, əhalinin Hacıqabul-Bəhramtəpə və əks
istiqamətdə fasiləsiz, rahat gediş-gəlişini təmin edəcəkdir.
-
Magazin123:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region22:00
Türkiyədə matəm elan edildi
-
Region21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT