Qırmızı.az
Azərbaycanda 200 dərsliyə ehtiyac var
Azərbaycan və rus bölməsini nəzərə almaqla, ölkədə 200 dərsliyə ehtiyac var. Bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib.
Nazir hesab edir ki, yeni dərsliklərdə də problem ola bilər: "Amma
mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs
ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha
çoxdur. Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa,
davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət
nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki,
gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif
yanaşmalar vardır. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə
hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin
müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu
kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika
əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və
şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da
məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara
Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta
coğrafiyanı tədris edə bilmərik".
Nazir müəlliflərlə bağlı problemlərə toxunub və bildirib ki, müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmadığından onlar üçün kitab yazmaq maraqlı deyildi: "Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar. Mən hələ reputasiya məsələsini demirəm, az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, 11 sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin".
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?