Qırmızı.az
64 nəfəri ilan sancdı (VİDEO)
Son günlər qeydə alınan rekord istilər ilanları
fəaliyyətə gətirib.
ANS TV-nin məlumatına görə, bu dəfə ilan sancma halı Tovuz rayonun
Aran Yanıqlı kəndində qeydə alınıb. Kənd sakini 17 yaşlı Sahil
Abbasov yonca sulayarkən ilan onu sol ayağından sancıb. Sahil
Abbasov dərhal xətəxanaya yerləşdirilib.
Ümumilikdə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aprel
ayından bu günə kimi ilan sancma ilə əlaqədar 64 müraciət daxil
olub. Onlardan 8-i uşaq, qalanları isə ortayaşlı insanlardır.
Yalnız bir nəfər 13 yaşlı Ağsu rayon sakininin həyatını xilas etmək
mümkün olmayıb. 18 nəfər sarı əqrəb, 8 nəfər isə qaraqurd
zəhərlənməsilə şöbəyə gətirilib.
Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirdi ki,
“İlan sancan insanı həkimə gətirilməmişdən əvvəl ilkin yardım
edilməlidir. Ondan sonra təcili yardıma müraciət edilməli və tez
xəstəxanaya çatdırılmalıdır”.
Azər Maqsudovun sözlərinə görə, “Belə olan halda yaranı bağlamaq,
zəhəri sovurmaq, bunların hamısı boş şeylərdir”.
Keçən il isə mərkəzə ilan sancması ilə əlaqədar 120 nəfər müraciət
edibmiş. Onlardan bir nəfər dünyasını dəyişib.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi