Qırmızı.az
ELAN OLUNDU: Fevralın 1-dən başlayır
Fevralın 1-dən magistraturaya sənəd qəbulu başlayır.
Dövlət İmtahan Mərkəzindən Publika.az">Publika.az-a verilən məlumata görə, mərkəz 2022/2023-cü tədris ili üçün magistraturaya qəbul elan edib.
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib.
Qeyd edək ki, bakalavrlar fevralın 1-dən 10-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər. Qeydiyyat səhifəsi göstərilən tarixlərdə aktiv ediləcək.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


