Qırmızı.az
Azərbaycanda bu ərazidə yerləşən 25 kəndə qaz veriləcək
“Azəriqaz” İstehsalat Birliyi (İB) ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında növbəti dəfə işçi görüş keçirilib.
İB-dən Publika.az-a bildirilib ki, görüşdə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev və birliyin digər məsul şəxsləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması məsələləri geniş müzakirə edilib. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov hazırda ölkə üzrə 982 qazlaşmayan kəndin mövcud olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi bildirib ki, bunlardan 426-ı meşəətrafı ərazidə yerləşir. Bu ərazilərdən isə yalnız 260-nın texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilir. “Azəriqaz” İB tərəfindən 2022-ci ildə sözügedən 260 kəndin 25-nin təbii qazla təmin edilməsi işləri həyata keçiriləcək. Qalan 235 kənd isə növbəti 5 ildə tamamilə qazlaşdırılacaq. Görüş zamanı digər məsələlər də müzakirə edilib. Bildirilib ki, yeni ərazilərin qazlaşdırılması əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına da dəstək olacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
