Qırmızı.az
Azərbaycanda qapanmalar ola bilərmi? - AÇIQLAMA
Azərbaycanda COVID-19 (Omikron) virusuna yoluxma sayı 6 minlik psixoloji həddi keçdi. Əslində, “omikron” variantının yoluxma tezliyini nəzərə alsaq, bu, gözlənilən idi. Yenidən iqtisadi sektorda qapanmalar ola bilərmi? “Lock-down” tədbirlərinə ehtiyac varmı?
Publika.az">Publika.az xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, son günlər qonşu ölkələrdə də yoluxma sayında ciddi artımlar müşahidə olunur: src="/storage/files/upload/e216b0c5072e018a7f043fdd424e0b9766b4792b.jpg" style="width: 573px; height: 401.1px;" class="fr-fic fr-dib fr-fil">
“Dünən Rusiyada 141 min 883, Türkiyədə 110 min 682, Gürcüstanda 26 min 320 şəxs virusa yoluxub. ABŞ və Fransada isə gündəlik yoluxma sayı 300 mindən çoxdur. Bütövlükdə, dünən dünyada 3 milyondan çox insanda virus aşkar olunub. Göründüyü kimi, əksər ölkələrdə yoluxma sayları rekord səviyyədədir. Buna rəğmən, artıq bir sıra ölkələr karantin rejiminin ləğv edilməsi və ya tamamən yumşaldılması kimi qərarlar qəbul edirlər. Bu isə ondan xəbər verir ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarlarının qəbulunda ehtiyatlıdırlar”.
V.Bayramov qeyd edib ki, Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir: “ “Omikron” ştamının yayılma dairəsinin geniş olmasına baxmayaraq, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Xidmət, ictimai iaşə və turizm kimi sektorlarda aktivlik artıq bərpa olunur və 2022-ci ildə daha geniş dövriyyə hədəflənir. Bu baxımdan, sərt karantın tədbirlərinin tətbiqi deyil, hər birimizin virusdan qorunmaqla bağlı qaydalara tam əməl etməyimiz daha azruolunandır. Sərt karantin iqtisadi aktivliyi məhdudlaşdırdığı üçün məqsədəuyğun hesab olunmur”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
































.jpg)

.jpg)