Qırmızı.az
“Azəriqaz”: Qazanxanalara qazın verilməsi ilə bağlı məhdudiyyət yoxdur
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” arasında olan borc problemi iki qurum arasında müzakirə olunub və məsələ öz həllini tapıb.
Publika.az xəbər verir ki, bunu bu gün “Azəriqaz”da media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Onun sözlərinə görə, hətta “Azəristiliktəchizat” debitor borcla bağlı müəyyən ödənişlər də həyata keçirib: “Hazırda hər hansı qazanxanalara təbii qazın verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yaşanmır”.
Qeyd edək ki, iki qurum arasında mövcud problem Nazirlər Kabineti səviyyəsində müzakirəyə çıxarıldı. Baş nazir Əli Əsədovun göstərişi ilə “Azəristiliktəchizat” ASC-yə dotasiya ayrılıb. Bu dotasiya da “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcunun əhəmiyyətli hissəsini təmin etmiş olub.
Xaqtırladaq ki, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a olan 34 milyon manatdan artıq borcunu Azərbaycan hökuməti öz üzərinə götürüb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





