Qırmızı.az
Nazirlik yaşıllığı nəzarətə götürdü
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində ağacların yandırılması barədə şikayət daxil olub.
ETSN-nin mətbuat xidmətindən Publika.az-a daxil
olan məlumata görə, şikayət dərhal nazirliyin əməkdaşları
tərəfindən yerində araşdırılıb.
Əraziyə baxış zamanı sözügedən ünvanda 5 ədəd Eldar şamı və 4 ədəd
iydə ağacının naməlum şəxslər tərəfindən yandırılması faktı aşkar
olunub. Qeyd olunanlarla əlaqədar təqsirkarların müəyyən olunması
üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət edilib.
Eyni zamanda, ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi
üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi
olan göstəriş verilib.
Hazırda sözügedən yaşıllıq ərazi nazirliyin aidiyyəti qurumunun
əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Gülxar
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?