Qırmızı.az
AMEA-da yeni şöbələr yaradıldı
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.
AMEA-dan Publika.az-a verilən məlumata görə, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.
Tədbirdə, həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib. Qərara uyğun olaraq Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb.
Elmi şurada qəbul olunmuş dəyişikliklərlə bağlı AMEA-nın Yer Elmləri Bölməsi qarşısında vəsatət qaldırılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
