Qırmızı.az
"Kazan Odları - 100"
Qardaş Tatarıstanın nüfuzlu "Kazan Odları" ədəbiyyat jurnalının ilk sayının nəşrə başlamasından 100 il ötür. Jurnalın 100 illik əlamətdar yubileyi münasibəti ilə Azərbaycanda kitab hazırlanıb. Kitabda "Kazan Odları"nın keçmiş baş redaktorlarının şeirləri, indiki baş redaktorunun isə hekayəsi Azərbaycan oxucularına təqdim olunur. Nəşr tatar ədəbi ictimaiyyətinə azərbaycanlı həmkarlarının qardaş hədiyyəsi və təbriki dəyərindədir.
Publika.az">Publika.az xəbər verir ki, kitabın önsözünü, yazarların özkeçmişini və şeirləri Əkbər Qoşalı ilə Əhməd Şəfəqli (Orucov), indiki baş redaktor Rüstəm Qaliullinin özkeçmişini və hekayəsini isə İlqar Türkoğlu Azərbaycan dilinə çevirib.
Nəşrin məsləhətçisi İsmət Orucəliyev, rəssamı Nəvai Metindir.
"Kazan Odları - 100" adlı nəşrdə mətnlərin tatarca orijinalı da verilib.
Nəşr bugünlərdə Kazanda keçiriləcək təntənəli yubiley törənində ədəbi ictimaiyyətə təqdim olunacaq.
Azərbaycanla Tatarıstan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafı eyni soydan, eyni kökdən olan xalqlarımızın qardaşlıq ruhu və ədəbiyyatın estetik dəyərləri, zamanın çağırışları ilə səsləşir.
Doğrudur, pandemiya səbəbindən bu əlaqələrdə, qısa da olsa, fasilələr yaranmışdı, bununla belə, virtual əlaqələr davam etdirilib. Pandemiyadan öncə, 2019-cu il Tatarıstanın Xalq şairi Razil Vəliyevin "Payız yağmurları" kitabının Azərbaycanda gün üzü görməsi və müəllifin iştirakı ilə geniş təqdimatının keçirilməsi ədəbiyyat təqvimimizdə yaddaqalan hadisələrdən olub. Ondan bir neçə il öncə "Gənc Tatar şeiri" antologiyası Bakıda gün üzü görmüşdü. Hər iki nəşr Dünya Gənc Türk Yazarlar Birliyinin nəşridir.
Azərbaycan oxucuları tatar ədəbiyyatının, tatar şeirinin orta əsr ən ünlü təmsilçiləri Kul Ali yaradıcılığı, eləcə də, 1552-ci ildə qəhrəmancasına həlak olan Kul Şərif haqqında bilgilərə, o dövr tatar ədəbiyyatı haqqında təsəvvürlərə malikdir. XX yüzilin başlarında, öz qısa həyatında xalqına fədakarcasına xidmət etmiş böyük şəxsiyyət, yanarürəkli şair Abdulla Tukay, eləcə də Qalimjan İbrahimov, Kavi Nəjmin, Ayaz İssaki, orta məktəb dərsliklərindən tanıdığımız Musa Cəlil, bir çox klassik və çağdaş tatar yazarları Azərbaycanda sevilə-sevilə oxunur.
"Kazan Odları" jurnalının son yüz ilin ədəbi-mədəni əlaqələrimizdə özünəxas fəaliyyəti olmuşdur. Biz tez-tez "Kazan Odları" jurnalının səhifələrində Azərbaycan yazarlarının əsərlərinin yer aldığının da şahidi oluruq. Azərbaycan yazarları Əkbər Qoşalının, Afaq Şıxlının və digərlərinin jurnalla sıx əlaqələrini özəlliklə vurğulamaq olar. Bizim üçün çox xoşdur ki, bu gün bu jurnala istedadlı gənc yazıçı, Azərbaycanın könül dostu Rüstəm Qaliullin başçılıq edir.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı













.jpg)














.jpg)



.jpg)

