Qırmızı.az
Maska qadağası ləğv oluna, quru sərhədləri açıla bilər - Deputat
Hazırda Azərbaycanda vaksinasiya prosesinin səviyyəsi, xüsusilə də “booster” dozanın uğurlu tətbiqi, səhiyyə sahəsində görülən işlər və aparılan infrastruktur tədbirləri, Prezident İlham Əliyevin atdığı strateji addımlar nəticəsində Azərbaycan səhiyyə sisteminin pandemiya ilə mübarizədə kifayət qədər uğur qazanmasını müşahidə edirik.
Bunu Publika.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Millət vəkilinin sözlərinə görə, bu müşahidələr göstərir ki, pandemiya ilə mübarizədə Azərbaycan digər ölkələrlə müqayisədə kifayət qədər uğur qazanıb: “Bu uğur epidemioloji vəziyyətin yaxşılaşmasında, yoluxma və sağalma sayında, çarpayıların dolma faizində, pandemiya ilə mübarizə aparan xəstəxanaların sayının azalmasında özünü göstərir. Bu da kifayət qədər stabil epidemioloji vəziyyətin olmasının göstəricisidir. Biz əminliklə söyləyə bilər ki, Azərbaycan pandemiya ilə mübarizədə uğur qazanıb. Bu baxımdan da Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri daha geniş şəkildə analiz edərək müvafiq addımlar atır. Bu addımlar yumşaldılmalar istiqamətindədir”.
Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcəyi, qərarın hazırlanması ilə bağlı müəyyən dairələrdə müzakirələrin aparıldığı bildirilir. Artıq bir sıra ölkələrdə də maska qadağaları ləğv olunur. Bəs, ölkəmizdə də maska tələbi ləğv edilə bilərmi və pandemiyanın gedişi buna əsas verirmi?
Müşfiq Məmmədli bildirib ki, hazırda həm ictimaiyyətin tələbi və ümumi epidemioloji durum, həm də ətrafdakı vəziyyətin qiymətləndirilməsi bu fikrə gəlməyə əsas verir ki, biz rahatlıqla maska qadağasını, o cümlədən quru sərhədlərin açılması istiqamətində müəyyən addımları ata bilərik: “Çünki bu, həm vətəndaşlarımızın həyat şəraitini yaxşılaşdırardı, həm də bəzi hallarda məhdudiyyətlərdən sui-istifadə hallarının da qarşısını alardı”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)

















.jpg)

.jpg)
