Qırmızı.az
Cəlilabadda yanğın baş verib
Avqust 29-da, saat 16 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Naməlum səbəblərdən baş verən yanğın dərhal əraziyə cəlb olunmuş Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının birgə səyləri nəticəsində saat 20 radələrində söndürülüb.
Yanğın nəticəsində 1 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Eyni zamanda, avqust 29-da, saat 19 radələrində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəlvələ meşəbəyliyinin 1-ci dolayında da yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün dərhal ETSN-nin yerli qurumlarının və FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 22 radələrində tam olaraq söndürülüb. Nəticədə 2,7 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınların səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi