Qırmızı.az
Rüstəm İbrahimbəyovun qızı: "Yeni konfederasiya yaradılmalıdır"
"Hazırda yaranmış geopolitik vəziyyətlə ələqadar Türkdilli ölkələrin kinematoqrafçılar ittifaqınlarının Konfederasiyası yaradılmalı və qurumun mərkəz Bakı olmalıdır"
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən konfransında deyib.
O belə bir konfederasiyanın yaranması vacibliyinə diqqət çəkib və bildirib ki, növbəti aylarda türkdilli ölkələrin Kinematoqrafçılar İttifaqlarının sədrləri Bakıya dəvət ediləcək və konfederasiyanın yaradılması istiqamətində müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı MDB ölkələri Kinematoqrafçılar İttifaqı Konfederasiyasının üzvüdür.
Fatimə İbrahimbəyova noyabr ayında həmin konfederasiyanın təşkilat üzrə katibi seçilib.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO