Qırmızı.az
OMON-çuları əfv eləmək olar – Cəfəroğlu
Son günlər bir sıra tanınmış ömürlük məhkumların azadlığa çıxması məsələsi gündəmə gəlib. Bəzi hüquq müdafiçiləri hesab edirlər ki, həmin məhbuslar artıq cəzalarının 20 ildən artıq hissəsini çəkiblər və islah olunublar. Yəni dövlət və dövlətçiliyimiz üçün heç bir təhlükə yaratmırlar. Onların arasında keçmiş “OMON”çular, müstəqilliyimizin ilk illərində daxildəki qanunsuz silahlı birləşmələrdəki fəaliyyətlərinə görə mühakimə olunanlar da var.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Publika.az-a açıqlamasında həmin ömürlük azadlıqdan məhrum edilənlərin adlarının bundan əvvəlki müraciət siyahısına salındığını deyib:
“Həmişə İşçi qrupunun əfv siyahısına “OMON”çuların da adları salınıb. Elçin Əmiraslanov və digər ömürlük məhkumları nəzərdə tuturam. Çünki onların əksəriyyəti Birinci Qarabağ müharibəsi iştirakçılarıdır. Onların içərisində 20-yə yaxın “OMON”çu var ki, onları azad etmək olar, çünki cəzalarını çəkiblər. Orada Həkim adlı birisi var, onu da azad etmək mümkündür. Əməlində cinayət tərkibi var, amma verilən cəzaya adekvat deyil”.
Hüquq müdafiəçisi bildirib ki, bundan sonrakı siyahıya həmin şəxslərin də adlarını qeyd edəcəklər:
“Ömürlük cəza çəkənlər arasında qatı cinayətkarlar, canilər istisna olmaqla, xüsusi amansızlıqla cinayət törətməyən, təsadüfən proseslərdə iştirakı olan şəxsləri azadlığa buraxmaq olar. Biz bu məsələni qaldırımışıq. Həmin məsələyə Milli Məclis baxmalıdır. Məsələni parlamentdə müzakirəyə çıxarıb ömürlük məhkumların içərisindən cəzalarının xeyli hissəsini çəkənləri, qatı cinayətkar olmayanları buraxdırmaq mümkündür. Bir sözlə, həmin şəxslər nə cəmiyyətimiz, nə də dövlətimiz üçün təhlükəli deyillər”.
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO

















.jpg)














