Qırmızı.az
Saatlıda inanılmaz hadisə: insanlar gecələri çöldə yatır
Saatlı rayonunda son 10 gündür yanğınlar baş verir. Bu barədə Publika.Az –a yerli sakinlər məlumat veriblər. Hadisə rayon mərkəzinin yerli əhali arasında “Molday qəsəbəsi” deyilən Mikayıl Müşfiq küçəsində baş verir.
Sakinlərin sözlərinə görə, son 10 gündə əhalinin ot tayaları yandırılır. Yerli sakinlər ilk ot tayasının yandığı gün bunu “bədbəxt hadisə” hesab ediblər. Lakin iki gün sonra yanğının yenidən baş verməsi şübhələri artırıb. Sonrakı günlərdə ot tayalarının bir-bir yanması yanğının qəsdən törədilməsi qənaətini yaradıb.
Polisin hadisəni araşdırdığı, lakin yanğın törədəni hələ də tapa bilmədiyi deyilir. Məlumata görə, “səbəbkarı” tapmaq üçün polis işçiləri gecələri mülki geyimlərdə qəsəbədə gəzirlər.Maraqlıdır ki, yanğınlar külək olmayan günləri baş verir. Bu isə yanğını törədənin məqsədinin sirli qalmasına səbəb olur. Çünki böyük həcmli ziyan vurulmaq istənilsəydi evlərə qarşı da hücumlar olardı. Sakinlər belə düşünür ki, yanğını törədən şəxs, yaxud şəxslər bunu iğtişaş, yaxud əhali arasında qorxu yaratmaq üçün də edə bilərlər. Mal-qara üçün qış tədarükü olan ot tayalarının yanması isə əsasən təsərrüfatla məşğul olan yerli əhaliyə çətinlik yaradıb.
Ən böyük çətinlik isə ot tayası olan yerli sakinlərin gecələri
çöldə yatması, qoruq çəkməsidir. Havaların soyuq olması isə daha
bir çətinlik yaradıb.
Məsələ ilə bağlı Saatlı rayon polis şöbəsi ilə əlaqə saxlasaq
da, müfəssəl məlumat əldə edə bilmədik. Mövzunu diqqətdə
saxlayacağıq.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO