Qəzaya düşən avtobusda bu məktəbin şagirdləri də olub - BŞTİ
Bizi izləyin

Qırmızı.az

Qəzaya düşən avtobusda bu məktəbin şagirdləri də olub - BŞTİ

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

Publika.az xəbər verir ki, ilkin məlumata görə, ağır xəsarət alanların olmadığı bildirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.

BŞTİ-dən AZƏRTAC-a verilən məlumata görə, qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olduğu bildirilir.

Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm