Qırmızı.az
Gömrükçülər qanvermə aksiyasında iştirak etdilər - FOTO
Gömrük əməkdaşları “Qan ver, ümid ol” şüarı altında keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.
Publika.az">Publika.az xəbər verir ki,14 iyun - Ümumdünya Qan Donoru Gününə həsr edilən aksiya Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.
Aksiyada DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalı Qan bankı şöbəsinin rəisi Gülnar Xəlilova həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb və bu nəcib təşəbbüsə qoşulan gömrükçülərə minnətdarlıqlarını bildiriblər.
Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankının tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlıq durumunu qiymətləndirdikdən sonra onlardan qan götürüblər. Donorlar bu cür aksiyaların keçirilməsini təqdir edib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
Aksiyada Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidməti və Mərkəzi Gömrük Hospitalının əməkdaşları olmaqla, ümumilikdə 100 nəfərdən çox gömrükçü qan verib.
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə23 Noyabr 13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?














.jpg)



.jpg)




.jpg)


.jpg)







