Qırmızı.az
Azərbaycanda 51 aqropark yaradılacaq
Hazırda Azərbaycanın 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılır.
Publika.az">Publika.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.
Məlumata görə, indiyədək 25 aqroparka 184 mln. manat güzəştli kredit ayrılıb, onlardan 26-a investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 mln. manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.
Hazırda aqroparklarda ümumi olaraq 4 500-dək daimi işçi, 6 300-dən çox isə mövsümü işçi çalışır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Qusar rayonunun, Quşunqışlaq kəndində 300 hektar ərazidə yaradılan aqroaparkda meyvə bağlarından məhsul yığımına başlanması ilə bağlı bir qrup KİV nümayəndəsinin iştirakı ilə mediatur təşkil edilib.
Media təmsilçilərinə məlumat verilib ki, aqroparkda 290 hektar intensiv meyvə bağları salınıb, müasir damlama suvarma sistemi qurulub. Ötən il aqroparkda 17 485 ton məhsul istehsal edilib. Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 mln. manat güzəştli kredit verilib. Bundan başqa, Nazirlik tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2,86 mln. manata qənaət edilib.
200 nəfərin daimi, 150 nəfər isə mövsümi işlə təmin edildiyi aqroparkda 264 hektar alma, 6 hektar gavalı, 19 hektar intensiv gilas bağları salınıb.
Aqroparkda müasir soyuducu anbar yaradılıb, çeşidləmə-qablaşdırma avadanlığı quraşdırılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




















.webp)













.jpg)


