Qırmızı.az
İŞİD-çi güləşçimizin anasından şok sözlər
“Oğlumdan heç bir xəbərim yoxdur. Burda ürəyim partlayır”.
Bu sözləri Axar.az-a İsmayıllı rayonundan Suriyada döyüşlərdə iştirak etmək üçün azyaşlı uşağı və həyat yoldaşı ilə birlikdə gedən güləşçimiz Rəşad Baxşəliyevin anası Mirvari Baxşəliyeva deyib.
Oğlunun ailəsi ilə Suriyaya gedəndən sonra çarəsiz vəziyyətdə qalan M.Baxşəliyeva nə edəcəyini bilmədiyini söylədi:
“Niyə heç kəs məni başa düşmək istəmir? Mənim balam gedib, canımın parası gedib. Axı ürəyim ağrıyır, ürəyim partlayır burda! Xahiş edirəm, unudun bu məsələni. Danışmaq istəmirəm”.
Xatırladaq ki, rayonun Xankəndi məktəbində bədən tərbiyəsi müəllimi olan R.Baxşəliyev Suriyaya döyüşməyə yollanıb. Onunla birlikdə rayondan bir neçə başqa ailə də gedib.
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər