Qırmızı.az
Türk liseylərində təhsil almış şagirdlər hansı məktəblərə yerləşdirilib?
Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (“Çağ Öyrətim İşlətmələri”) bir müddət əvvəl fəaliyyəti dayandırılan liseyləri akademik Zərifə Əliyeva adına liseyin tabeçiliyinə verilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilir ki, Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ləğv olunmuş ümumi təhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesini yekunlaşdırır.
“Son məlumata əsasən, burada təhsil almış şagirdlərin 42 faizi artıq digər dövlət və özəl məktəblərə qəbul olunub.
Digər təhsil alanların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş təhsil hüquqlarını təmin etmək və təhsillərini yüksək səviyyədə davam etdirilməsinə imkan yaratmaq məqsədi ilə Təhsil Nazirliyi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumi təhsil müəssisələrində eksperimental pilot siniflərin açılması barədə qərar qəbul etmişdir”.
Məlumatda bildirilib ki, qəbul olunmuş qərara əsasən, eksperimental pilot siniflər həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək və seçimini etməmiş şagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq.
“Eksperimental pilot siniflərdə tədrisin təşkili üçün özəl təhsil qurumlarının cəlb olunması nəzərdə tutulur. Burada tam orta təhsil proqramından əlavə ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədrisi proqramı tətbiq olunacaqdır.
Sentyabrın 15-də bütün ölkədəki kimi, qeyd olunan siniflərdə də tədris prosesinə başlanacaqdır”.
Gülxar
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ