Qırmızı.az
E.ə. II-I minilliyə aid kurqan tipli qəbir abidələri tapılıb - FOTOLAR
Komanı yaylaqlarında e.əv. II-I minilliyə aid kurqan tipli qəbir abidələri tapılıb. Yardımlı rayonu ərazisində arxeoloji kəşfiyyat işlərini davam etdirən qrup, rayonun İranla həmsərhəddə, Arvana kəndi yaxınlığında, Peştəsər silsiləsində “Komanı yaylaqları” adlı ərazidə 3000 illik tarixə malik çoxlu sayda kurqan tipli qəbir abidələri qeydə alınıb. Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix ürzə fəlsəfə doktoru Anar Ağalarzadə deyib.
Onun sözlərinə görə, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən bu kurqanların ətrafı daş düzümlü kromlexlərlə örtülüb və qəbir kamerasının mərkəzi hissəsi çay daşları ilə sıx örtülüb.
“Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində sərhəd bölgəsinə olan nəzarətsizlik tarixi-arxeoloji abidələrin məhv olunmasına şərait yaradıb. Bu abidələr qonşu İran ərazisindən keçən qarətçi “qızılaxtaranlar” tərəfindən ciddi dağıntılara məruz qalıb. Qarətçilər Komanı yaylaqlarında ən iri ölçülü kurqanlardan bir neçəsinin mərkəzi hissəsindəki qəbir kamerasını ağır texnika vasitəsilə məhv ediblər. Məhv edilmiş kurqanlardan geriyə qalanı isə ətrafa səpələnmiş saxsı qab-qacaq nümunələri və insan sümüklərinin qalıqlarıdır”.
A.Ağalarzadə bildirib ki, minillər ərzində yer altında qalan bu arxeoloji yadigarlar Azərbaycan xalqının qədim dövr tarixinin öyrənilməsi üçün əvəzsiz mənbədir. Yaxın gələcəkdə cənub-şərq rayonlarının tunc-erkən dəmir dövrü arxeoloji abidələrinin geniş tədqiqi bölgədə e.ə. III-I minilliklərdə məskunlaşmış qədim tayfaların maddi mədəniyyəti, həyat tərzi haqqında kifayət qədər zəngin məlumat verəcək.
Gülxar
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO