Qırmızı.az
Deputat jurnalisti məhkəməyə verir
Milli Məclisin deputatı Fazil Mustafa jurnalist Aqil Ələsgəri məhkəməyə verir.
Publika.az-ın məlumatına görə, bu barədə deputat F.Mustafa “Facebook” səhifəsində status paylaşıb.
F.Mustafa statusunda qeyd edir: “Haqqımda təhqiramiz yazı yazmış Aqil Ələsgər və onu yerləşdirmiş “Azerinfo.org” saytını məhkəməyə vermək barədə qəti qərara gəldim. Buyurub yazdıqlarını sübut etsinlər.
Əsas məqsəd odur ki, kimsə evində olan problemin səbəbini başqa yerdə bundan sonra daha axtarmasın.
Adam haqqında jurnalist çevrəsindən maraqlandım, elə bir obrazını təqdim etdilər ki, inanın ki, əl verib görüşməyə utanarsınız. Çox zaman məhz bu kimliklər üzərimizə utanmadan gəlirlər.
Maraqlıdır ki, Aqil Ələsgərin adı “Ergenekon” davasında da Türkiyə hakimiyyətinə qarşı komplolarda yer alır. İndi birdən-birə Türkiyə hakimiyyətinin müdafiəçisi kimi çıxış edərək, azərbaycanlıların əleyhinə mövqe sərgiləməsi düşündürücüdür.
Təbii ki, “Ergenekon” da siyasi bir dava idi və hüquqi əsası olmadığına görə dayandırıldı. Ancaq bütün hallarda Ərdoğan hakimiyyətini devirmək üçün qurulduğu iddia olunurdu və maraqlıdır ki, Azərbaycanda da əsasən bu şəxsin adı hallanırdı. İndi qatı Ərdoğan kursunun müdafiəçisinə çevrilməsi və onların gözündə bəraət alması üçün Azərbaycanın millət vəkillərinə, litsey məzunlarına böhtan atması anlaşılandır”.
Vasif Həsənli
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək