Qırmızı.az
Anası 5 yaşlı oğlunun gözünü oydu – FOTO, VİDEO
Dövlətin mühafizəsi altında olan Fernando artıq şüşə eynəklə gəzir.
Məsələ burasındadır ki, iki il əvvəl dünyanın sonu ilə bağlı ayin təşkil edən ailə 5 yaşındakı uşağı qurban seçərək onun gözlərini oyub.
Publika.az “Haberler”ə istinadən xəbər verir ki, Meksikanın Nezahualcoyotl şəhərində yaşayan bir ailə dünyanın sonunu gətirmək üçün təşkil olunan satanist ayində beş yaşlı Fernando Caleb Alvarado Riosun gözlərini oyub.
Ailənin təşkil etdiyi qeyri-adi tədbirdə Fernando Caleb Alvarado Riosun anası, xalası, dayıları, nənə və babası iştirak ediblər. Şeytanı çağırmaq ayinində bütün digər qohumlar yerə dairələr çəkərək rəqs etdikləri zaman anası 5 yaşlı oğlu Fernandonun gözlərini bağlamasını istəyib. Əlinə taxta qaşıq götürən ana oğlunun çığırtılarına fikir vermədən bacısının köməyi ilə uşağın gözlərini çıxarıb.
Kiçik uşağın çığırtıları qonşuların polis çağırmasına səbəb olub. Nəticədə, hadisə ortaya çıxıb. Evə gələn polis qan içində ağlayan uşağı tapıb.
2012-ci ilin may ayında baş verən hadisənin üzərindən iki ildən çox vaxt keçib. Məhkəməyə çıxarılan ana və digər bütün qohumların hər birinə 30 il həbs cəzası verilib.
Qonşuları Joaquin Arguello məhkəməyə verdiyi ifadədə deyib ki, bu ailənin həmişə dinə səmimi bağlılığının olduğunu düşünüb və onların satanist ola biləcəklərini əsla ağlına gətirməyib.
-
Magazin208:48
Məşhur bəstəkar 95 yaşında vəfat etdi - FOTO
-
Ekologiya07:17
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz