Qırmızı.az
Ermənistanda girovluqda olan 15 yaşlı Cavid Məmmədov geri qaytarıldı
Təmas xəttini 5 sentyabr 2014-cü il tarixdə keçən Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Bu barədə Publika.az-a BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Təhvil vermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.
Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu şəxsə saxlanma
şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün baş
çəkərkən saxlanılan şəxs geri dönmək arzusunu bildirib. Təşkilatın
nümayəndələri onun ailə üzvləri ilə də əlaqə saxlayıblar.
BQXK Cenevrə konvensiyalarına əsaslanan mandatına uyğun olaraq,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bu regionda
fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır