Qırmızı.az
MTN kibercinayətin qarşısını alıb
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində, beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə Ukrayna Respublikasının vətəndaşı, faktiki Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutululub. Bu barədə Publika.az-a nazirliyin İctimai əlaqələr mərkəzindən məlumat verilib.
Məlumata görə, faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq
Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdır. Yançitski
Oleksandr Oleksandroviç təqsirləndirilən şəxs qismində cəlb
olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilmişdir.
Müəyyən edilmişdir ki, Oleksandr Yançitski və qeyriləri gəlir əldə
etmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir
qrup şəxs halında külli miqdarda dəyəri olan və beynəlxalq internet
şəbəkəsinə qoşulmanı təmin edən 60 ədəd “Asus” markalı “RT16” tipli
router cihazını Gürcüstan Respublikasının Kutaisi şəhərində əldə
edərək, sonradan həmin texniki avadanlıqları “Tbilisi-Bakı”
marşrutu üzrə işləyən sərnişin avtobusunda qaçaq yolla, yəni gömrük
sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirib
Azərbaycan Respublikasına gətirmişlər.
Oleksandr Yançitski Bakı şəhərində fəaliyyət göstərən 30-dan artıq
müxtəlif, o cümlədən iri ticarət və istirahət mərkəzlərinin, kafe,
restoran, klub və digər xidmət və iaişə müəssisələrinin rəhbərləri
ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən “Asus” markalı “RT16”
tipli router cihazlarını həmin obyektlərdə quraşdıraraq Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət
qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz rabitə və
internet xidmətləri göstərməyə başlamışdır. Bu obyektlərə baxış
keçirilərkən həmin cihazların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə
olduğu aşkar edilmişdir.
.
Qeyd olunmalıdır ki, həyata keçirilmiş əməliyyat tədbiri
nəticəsində informasiya-elektron texnologiyaları sahəsi üzrə
ixtisaslaşmış və zəruri biliklərə malik şəxslərin Azərbaycan
dövlətinin qanunla qorunan iqtisadi mənafelərinə zərər vura biləcək
fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda beynəlxalq
internet şəbəkəsinə icazəsiz qoşulmalarla müxtəlif transmilli
mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı
alınmışdır. Cinayət işi üzrə bütün halların araşdırılması, bu
hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi
istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əhaliyə xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin bir daha diqqətinə catdırılır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz rabitə və internet xidmətlərinin göstərilməsi cinayət məsuliyyəti yaradan hüquqazidd əməllərdir.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?