FHN Akademiyasının kursantları Dövlət Bayrağı Meydanında and içdilər (FOTO)
Bizi izləyin

Qırmızı.az

FHN Akademiyasının kursantları Dövlət Bayrağı Meydanında and içdilər (FOTO)

Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib.

Publika.az-ın FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mərasimdən əvvəl FHN Akademiyasının rəhbərliyi və kursantlar Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını, habelə Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib, Dövlət bayrağı meydana gətirilib. Sonra kursantlar and içiblər.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak etmişlər.

Çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev kursantları təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Daha sonra Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək kursantların andiçmə mərasiminin əlamətdar hadisə olduğunu qeyd edib, bu ali təhsil ocağının gənc kursantlarını və onların valideynlərini təbrik edib.

Birinci kurs kursantı Sahib Abbaslı çıxış edərək tələbə yoldaşları adından üzərlərinə qoyulmuş etimadı layiqincə doğruldacaqlarına söz verib.

Mərasim təntənəli sıra keçidi ilə yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm