Qırmızı.az
Ali Hərbi Məktəbdə Bilik Günü
Sentyabrın 15-də Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin
açılış mərasimi keçirilib. Tədbirdə ümummilli lider Heydər
Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda
şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, dövlət himni səsləndirilib.
Publika.az-ın Daxili Qoşunların mətbuat xidmətinə istinadən
məlumatına görə, mərasimdə çıxış edən Ali Hərbi Məktəbin rəisi,
general-mayor İlqar Məmmədov yeni tədris ilinin açılışı
münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi
Məktəbə bu il daxil olan kursantlara daxili işlər nazirinin müavini
- Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədovun
təbrik və tövsiyələrini çatdırıb.
Şəxsi heyətin təntənəli keçidindən sonra açılış mərasimi sona çatıb. Yeni tədris ilinin ilk dərsi Ali Hərbi Məktəbin rəisi tərəfindən keçirilib. Daxili Qoşunların yaranma tarixi, formalaşma dövrü, Qarabağ savaşındakı qəhrəmanlıq nümunələri, o cümlədən qoşunların qarşısında duran vəzifələr barədə kursantlara ətraflı məlumatlar verilib.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi