Qırmızı.az
Gənclər siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirildi
Gənclər və İdman nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi ilə 28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib.
İclasda 20-ə yaxın dövlət qurumunun - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunun rəsmiləri iştirak edib.
Nazir Azad Rəhimov qeyd edib ki, dünyada baş verən siyasi prosseslərdə gənclərin rolu çox böyükdür. Məhz elə bu səbəbdən gənclər siyasətinə böyük önəm verən BMT Baş katibi Ban Ki Mun ikinci dəfə tutduğu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti ilə bağlı olduğunu bildirdimiş və qurumun nəzdində gənclər siyasəti üzrə xüsusi büronun yaradılması qərarına gəlmişdir. Qeyd edildi ki, BMT-nin nəzdində yaradılmış Gənclər Siyasəti üzrə xüsusi qurumun elçisi Əhməd Əlhəndavini ölkəmizdə rəsmi səfərdə olmuş və Forum ətrafında geniş müzakirələr aparılmışdır.
Azad Rəhimov: “Azərbaycan forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olmuşdur. Mənim 2014-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim çərçivəsində BMT-də keçirdiyim görüş zamanı Forumun Azərbaycanda keçirilməsi ideyasına dəstək gəlmişdir. Xüsusi ilə qeyd etməliyəm ki, Bakı şəhərində oktyabr ayında gerçəkləşəcək Gənclər Siyasəti üzrə I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq. ”
Qeyd edək ki, foruma 170-dən artıq ölkədən 700-dən artıq iştirakçının qatılacağı gözlənilir. Forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO