Qırmızı.az
Avtomobilsiz müharibə veteranı qalmayacaq
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2014-cü ilədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərin minik avtomobilləri ilə tam təminatını başa çatdırıb. Bu barədə Publika.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları qısa müddət ərzində uğurla icra edilib. Sərəncamlara uyğun olaraq, cari ilədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin, habelə 776 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsin, ümumilikdə 1453 nəfərin avtomobillə tam təminatı həyata keçirilib.
İndiyədək dövlət hesabına minik avtomobili ilə təmin edilən əlilliyi olan şəxslərin sayı isə 5259 nəfərə çatıb.
Əlilliyi olan şəxslərin minik avtomobili ilə təminatı ƏƏSMN-in rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə ictimaiyyətə açıqlanan növbəlilik siyahıları əsasında, tam şəffaflıq və ictimai nəzarət şəraitində yerinə yetirilib. Həmin bölmədə dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb edilən sənədlərin siyahısı, həmçinin dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün hansı hallarda tibbi göstərişin verildiyi barədə məlumat da əksini tapıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı