Qırmızı.az
Rüşvət alan kollec direktorunun işi məhkəməyə göndərildi
Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı kollecin tələbəsinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı kollecin direktoru vəzifəsini icra edən Sahib Hüseynovun kollecin qiyabi və əyani şöbələrində müxtəlif ixtisaslar üzrə təhsil alan 991 tələbədən imtahan sessiyasında müvəffəq qiymətlər almaları üçün 636 min 250 manat pulu rüşvət kimi almasında, 108 tələbədən qrup nümayəndələri və qeyrilərinin vasitəsi ilə 48 min 600 manat pulu rüşvət kimi tələb etməsində, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-2014-cü tədris ili üçün qiyabi təhsil üzrə qəbul planı nəzərdə tutulmadığı halda 27 tələbənin kollecdə təhsillərini qiyabi şöbədə davam etdirmələrini rəsmiləşdirməklə onların təqaüd almalarını və mövcud normativ aktların tələblərini pozmaqla bir müəllimin iki qrupa rəhbərliyini və müəllimlərə əlavə əmək haqqı verilməsini sənədləşdirməklə 5 min 932 manat büdcə vəsaitinin təyinatından kənar istifadə olunmasını təmin etməsində, habelə üç nəfər Ağcabədi rayon sakinini kollecə işə qəbul edib rəsmiləşdirməklə həmin şəxslərin əmək haqqı kartlarından 1.186 manat məbləğində pulu bankomat vasitəsilə çıxarıb mənimsəməsində, kollecdə təhsil alan tələbələrin təqaüd üçün bankomat kartlarının guya itməsi barədə “Kapital bank” ASC-nin Ağcabədi rayon filialına müraciət edərək 50 nəfər tələbənin adına bankomat kartları alaraq 10 min 563 manat məbləğində pulu talamağa cəhd etməsində şübhələr üçün əsaslar olduğundan, o cümlədən kollec tələbəsindən qış imtahan sessiyasında müvəffəq qiymətlər alması üçün 450 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalandığından ona Cinayət Məcəlləsinin 29, 179.3.2 (külli miqdarda mənimsəmə və israf etməyə cəhd), 308.1 (vəzifə saxtakarlığı), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.4 (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Bundan başqa, istintaq zamanı kollecin baş mühasibi Mahir Ağayev və metodisti Yusif Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmələrində və onlara etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etmələrində şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 29, 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etməyə cəhd), 29, 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etməyə cəhd), 308.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi
-
Region14:00
Aİ-nin Ermənistandakı missiyası ABŞ nümayəndələri ilə görüşdü: Bu məlumatları ötürdülər
-
Sosial12:49
DYP sürücülərə çağırış etdi
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...