Qırmızı.az
Aviasiya Mərkəzinin qonaq evi istifadəyə verildi
Balakəndə Aviasiya Mərkəzinə məxsus qonaq evinin istifadəyə verilməsinin açılış mərasimi keçirilib.
Qonaq evi “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən filialların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq tikilib. Cəmiyyətin Balakən rayon 1 nömrəli filialında həvəskar paraşütçülər, çağırışçılar və turistlər üçün tikilmiş 36 nəfərlik, 6 otaqdan ibarət qonaq ev tam şəkildə təchiz olunub.
Publika.az-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığı məlumata görə, mərasimi giriş sözü ilə açan Cəmiyyətin sədri Şahvələd Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yarandıqdan sonra ötən dövr ərzində filialın fəaliyyəti bərpa olunub.
Balansında olan 2 ədəd AN-2 təyyarəsində təmir-bərpa işləri aparılıb, yeni müxtəlif tip paraşütlər alınıb, 3 gözlü anqarın qapıları yenisi ilə əvəz edilib və bu müddətdə 211 nəfər həvəskar paraşütçü hazırlanıb.
Daha sonra Şahvələd Əliyev bildirib ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən rayon 1 nömrəli filialı həvəskar paraşütçülərin yetişdirildiyi yeganə aviasiya mərkəzidir.
Filial Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”na daxil edilmişdir ki, bununla da həvəskar paraşütçülərin hazırlığı ilə yanaşı, burada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi əsasında paraşüt-desant hazırlığı həyata keçiriləcək.
Qeyd olunub ki, filialda yaradılmış şərait gələcəkdə daha təcrübəli paraşütçülərin yetişdirilməsində əvəzsiz rol oynayacaq, müxtəlif beynəlxalq yarışların təşkilinə və beynəlxalq əlaqələrin qurulmasına təkan verəcək. \
Sonra Qonaq Evinin rəmzi lenti kəsilib və qonaqlar yaradılmış şəraitlə tanış olublar.
Mərasimdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və digər qonaqlar iştirak ediblər.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri