Qırmızı.az
MTN-dən daha bir əməliyyat, 14 nəfər saxlanıldı
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 33 kiloqramdan
artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq
yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar
keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz
daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə
görə 14 nəfər şübhəli şəxs qismində tutulmuşdur. Bu barədə
Publika.az-a MTN-in İctimai Əlaqələr mərkəzindən məlumat
verilib.
Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan – 3 kiloqram 600 qram heroin, 21 kiloqram 800 qramdan artıq tiryək, 1 kiloram 390 qram həşiş qətranı, 6 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılmışdır. Azərbaycan Respublikasının vətəndaşları – Məmmədov Lətif Ağa-Kərim oğlu, Məmmədov Rufan Ağakərim oğlu, Rəsülov Malik İsayib oğlu, Ağayev Azad Allahşükür oğlu, Tağıyev Vəfadar İlqar oğlu, Bədirxanov Fərman Şakir oğlu, Ağayev Ziya Sahib oğlu, İsmayılov Siyasət Əzizxan oğlu, Fətullayev İbrahim Tərlan oğlu, Süleymanov Zülfüqar Allahverdi oğlu, Fərəcov Ziyafət Müzəffər oğlu, Şahmuradov Niyazəli Şahverdi oğlu, Məstiyev Şahsuvar Güləli oğlu və Qasımov Ramal Bahadir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd
əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri
istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA