Qırmızı.az
Xəbərdarlıq: hava kəskin pisləşəcək, temperatur 10 dərəcə enəcək
Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Publika.az-a bildirilib ki, sentyabrın son
günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük
təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir, sentyabrın
29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb
küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı
var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə
müqayisədə kəskin - 5-10 dərəcə enəcək.
Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava dəyişkən
buludlu olacaq, arabir tutulacaq, bəzi yerlərdə fasilələrlə yağış
yağacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də havanın
temperaturu gecə 16-18, gündüz 20-24 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sentyabrın 27-də əsasən şimal və şərq rayonlarında şimşək çaxacaq, leysan xarakterli yağış yağacaq, şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 25-30
dərəcə, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri