Qırmızı.az
Səhiyyə Nazirliyi rezidentləri xaricə göndərir
Səhiyyə Nazirliyi rezidentlər üçün xaricdə 1-3 aylıq rotasiya tsiklləri təşkil edir. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Kurslar nazirliyin tabeliyində olan, rezidentura üçün klinik baza kimi təsdiq edilmiş tibb müəssisələrində rezidenturadakı təhsilin səviyyəsinin təkmilləşdirilməsi məqsədilə təşkil olunur. Rezidentura təhsilinin cari ilini tamamlayaraq dövri attestasiyadan müvəffəqiyyətlə keçmiş və səlis xarici dil (türk, ingilis və ya alman dili) biliyi olan həkim-rezidentlərin iştirakı nəzərdə tutulub.
Bu tsikllərdə iştirak etmək üçün ərizə, kadrların şəxsi uçot vərəqəsi, rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə, tələb olunan tədris dili (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi və ya ingilis dili (TOEFL və s.), türk dili (tibbi terminologiya ilə) imtahanının və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda), ali təhsil haqqında diplomun surəti, 3,5x4,5 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti, əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surətini (mövcud olduğu halda) təqdim etməlidirlər.
Sənədlərin qəbulu oktyabrın 1-dən başlayaraq 20 iş günü müddətində saat 10.00-dan 12.00-dək Səhiyyə Nazirliyində (I mərtəbə, otaq №109) aparılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR